EN

ABŞ və Böyük Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək

ABŞ və Böyük Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan daxili işlər nazirliyinin əməkdaşlarına “Şərəf” ordeni veriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

O, Gürcüstan Prezidentinin andiçmə mərasimindən sonra daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla Gürcüstan DİN-in sanksiya tətbiq edilən bütün əməkdaşlarına, ümumilikdə isə 11 yüksək rütbəli rəsmisinə “Şərəf” ordeni veriləcəyini qeyd edib.

Chosen
27
5
apa.az

6Sources