EN

İRAN PREZİDENTİ HİCABLA BAĞLI QANUNA VETO QOYDU

İran prezidenti veto hüququndan istifadə edib və ölkədə daha sərt hicab qanununun tətbiqi prosesini dayandırıb.

Belə ki, Pezeşkian parlamentə qarşı çıxış edib və qeyd edib ki, qanun etiraz dalğası yarada bilər.

TEZADLAR.AZ euronews-a istinadən xəbər verir ki, İranın dövlət başçısı Məsud Pezeşkian parlamentin təşəbbüsünü dəstəkləməyib və hicabla bağlı yeni, daha sərt qanuna veto qoyub.

Hazırda respublikada qüvvədə olan qanuna əsasən qadınların ictimai yerlərdə hicab taxması məcburidir. Hicab taxmamaq cərimə və həbslə nəticələnə bilər. Qanunun yeni redaksiyası cəzanın sərtləşdirilməsini - cərimələrin və həbs müddətlərinin artırılmasını nəzərdə tuturdu. 

İran prezidentinin sözlərinə görə, yeni qanun 2022-ci ildə olduğu kimi ölkədə kütləvi etirazlara səbəb ola bilər. O, veto hüququndan istifadə edərək hicabla bağlı qanunun tətbiqi prosesini dayandırıb.

Xatırladaq ki, İran İslam Respublikasında iki il öncə baş verən kütləvi etirazlara səbəb  22 yaşlı Məhsa Əminin  baş örtüsü ilə bağlı əxlaq polisi tərəfindən həbs edildikdən üç gün sonra polis bölməsində həyatını itirməsi olmuşdu. Etirazçılar gender bərabərliyi, köklü islahatlar və rejim dəyişikliyi tələb ediblər. Qadınlar etiraz olaraq hicablarını yandırıb, saçlarını kəsiblər.

 BMT-nin məlumatına görə, İran hakimiyyəti etirazları qəddarcasına yatırmış və aksiyalarda iştirak etdiklərinə görə 20 minə qədər insanı həbs edib. Onların arasında minlərlə uşaq da var. 2022-ci ildə ölkədə edamların sayı 2021-ci illə müqayisədə 75% artıb - ümumilikdə 582 nəfər edam edilib.

 

Y.Məmmədli

Chosen
23
tezadlar.az

1Sources