Yunan mətbəxi 2024-cü ildə dünyanın ən yaxşı mətbəxi kimi tanınıb və bununla da uzun müddət lider olan İtaliyanı birincilikdən kənarlaşdırıb.
“AzPolitika” xəbər verir ki, tanınmış “TasteAtlas” reytinqinə əsasən, məlumat bazasındakı 15,5 min yeməyə aid 477 mindən çox rəyə əsasən, bu il yunan mətbəxi 5 baldan 4,6 bal toplayıb. Keçən il yunan mətbəxi üçüncü, əvvəlki il isə ikinci yeri tutmuşdu.
İlk onluqda Yunanıstandan sonra İtaliya və Meksika mətbəxi gəlir. Türkiyə mətbəxi 6-cıdır.
Azərbaycana gəlincə, mətbəximiz 4.06 bal toplayıb və dünya ölkələri arasında 57-cidir. Gürcüstan 29-cu, Ukrayna 44-cü yerdə qərarlaşıb. Erməni mətbəxi 93-cü yerə layiq görülüb. Suyahıda Azərbaycan yeməklərindən qutab, ləvəngi və şah plov xüsusi qeyd olunub.
“AzPolitika.info”