Vaşinqton Türkiyəyə Rusiya qazının tədarükünü ödəmək üçün “Qazprombank”a qarşı sanksiyalardan istisna edib.
Bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib, Bloomberg yazır.
Nazirin sözlərinə görə, danışıqlardan sonra amerikalı rəsmilər Ankaraya qaz idxalı haqqını Qazprombank vasitəsilə ödəməyə icazə verib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin xaricdən Rusiya qazının alıcılarına aprelin 1-dək təkcə “Qazprombank” vasitəsilə deyil, həm də digər kredit təşkilatları vasitəsilə tədarük haqqını rublla ödəməyə icazə verən fərman imzalayıb.
DOĞRU.AZ