EN

ABŞ Ukraynada strateji səhvlər edir



ABŞ Dövlət Katibi E. Bilenken Ukraynanın müharibəni davam etdirmək, yaxud danışıqlar aparıb, atəşkəsə getmək hüququnun olduğunu açıqlayıb. ABŞ rəsmisinin bu mövqeyi kifayət qədər ziddiyətli və Kiyevi döyüş meydanında Rusiyaya təslim etməkdir.
Rusiya və Ukrayna 2022-ci ilin mart və aprel ayında İstanbulda Türkiyənin vasitəçiliyi ilə danışıqlar apardı. Ortada"İstanbul razılaşması" var idi. Bu razılaşmanı hər iki tərəf qəbul etmişdi. Amma, ABŞ və Böyük Britaniya Ukraynanı "İstanbul razılaşmasından" geri çəkdilər. Bu da müharibənin davam etməsinə və danışıqlar prosesinə son verildi.
Artıq, C. Bayden gedərkən 1.6 milyard dollar Ukraynaya hərbi yardım ayırıb. Göründüyü kimi, Ukraynaya vaxtında lazımi hərbi yardımlar etmədən getməkdə olan Bayden adminstrasiyası uğursuz xarici siyasətlə tarixdə qalacaq. Məhz C. Bayden adminstrasiyası vaxtında Rusiyanın Ukraynaya hərbi işğalının qarşısinı ala bilərdi. Həmçinin müharibənin bir ilində belə bir imkan var idi. Amma, Bayden adminstrasiyası zəiflik göstərərək, yalnız Rusiya qoşunlarını şərq istiqamətində durdu.
Artıq Rusiya öz hərbi imkanlarıni inkişaf etdirib. Qərbə qarşı kifayət qədər müqavimət göstərir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da işə yaramir. ABŞ Ukrayna müharibəsindən geri çəkilərsə, beynəlxalq müstəvidə mövqeyi zəifləyəcək.
Avropa ölkələri arasında konsensus əldə edilərsə, yalnız bu şəkildə Rusiyanı Ukraynadan çıxara bilərlər. ABŞ yeni prezidenti D. Tramp Ukraynaya hərbi yardımları dayandırsa, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyaya qarşı yeni hərbi koalisiya qurula bilər. Bu da NATO Alyansının dağılmasina gətirib çıxara bilər. Hazırkı, qeyri-müəyyən bir mərhələdə Rusiya Ukraynanın şərqində yeni ərazilər ilhaq edir.
Məhəmməd Əsədullazadə
Chosen
7
1
newscenter.az

2Sources