EN

İnvestisiya layihələri dəyərinə görə təsnifləşdiriləcək

Bundan sonra Azərbaycanda investisiya layihələri dəyərinə görə təsnifləşdiriləcək.

Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi yeni Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nda öz əksini tapıb.

Beləlikkə, dəyəri 30 milyon manata qədər olan investisiya layihələri kiçik, 30-50milyon manat investisiya layihələri orta, 50 milyon manatdan çox olan investisiya layihələri isə iri layihələr sayılacaq.

Qaydalarla investisiya layihələri üzrə təkliflər sifarişçi təşkilatlar tərəfindən ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına, habelə ölkə Prezidentinin müəyyən etdiyi prioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlara uyğun olaraq səmərəlilik və effektivlik prinsipləri əsasında tərtib ediləcək.

Chosen
43
3
valyuta.az

4Sources