EN

Bu şəhərimizdə “Zəfər parkı” salınacaq

Xankəndi şəhərində “Zəfər parkı” salınacaq.

Bu barədə KONKRET.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Belə ki, qurum şəhərdə “Zəfər parkı”nın salınması üçün söküntü işlərinə başlayır.

Publik hüquqi şəxs sözügedən işlərin icrasını “Şinkar Holding” MMC-yə həvalə edib və onunla dəyəri 2.994.837,4 AZN (2 milyon 994 min 837 manat 4 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Şinkar Holding” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon manat olan şirkətin qanuni təmsilçisi Mehdiyev Ələsgər Fərrux oğludur.

Chosen
25
9
konkret.az

10Sources