EN

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırıldı

Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.

İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının imzaladığı digər sərəncamlara əsasən isə A.Məmmədov Azərbaycanın Qətərdə səfiri, Yaşar Teymur oğlu Əliyev isə Çexiyadakı səfiri təyin edilib.

Chosen
12
29
banker.az

10Sources