EN

"Bu addım dostluğu korlayır" - Səfirə xəbərdarlıq edildi


Böyük Britaniyanın Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir Vaxtanq Qomelauriyə qarşı sanksiyaları iki ölkə arasında dostluğa xələl gətirir.

Bakupost.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Böyük Britaniya səfiri Qaret Uord ilə görüşündə deyib.

“Görüşdə gürcü tərəfi Böyük Britaniyanın gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən narahatlığını ifadə edib, bu cür hərəkətlərin iki ölkə arasında mövcud dostluğa xələl gətirdiyini izah edib”, - deyə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Boçorişvili həmçinin Xarici İşlər Nazirliyinə çağırılan səfirə deyib ki, “Gürcüstanda baş verən proseslərin obyektiv və qərəzsiz qiymətləndirilməsi xüsusilə vacibdir”.

Görüşün sonunda tərəflər Tbilisi ilə London arasında əməkdaşlığın əvvəlki dinamikasına qayıdacağına ümidvar olduqlarını bildiriblər.

Böyük Britaniya cümə axşamı Qomelaurini, onun müavini Aleksandr Daraxvelidzeni və Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvilini sanksiyalar siyahısına əlavə edib. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar İdarəsinin rəisi, Gürcüstan xüsusi təyinatlılarına rəhbərlik edən Zviad Xarazişvili və onun müavini Mileri Laqazauri də “qara siyahı”ya düşüb.

Zaur, BakuPost
Chosen
7
bakupost.az

1Sources