EN

“Təcili yardım gəlmir, xəstəmiz evdə keçinir, avtobus sürücüləri də deyir ki...” - Bağlar massivinin sakinlərinin yol dərdi - FOTO/VİDEO

“Sumqayıt şəhəri Bağlar massivində yollar pis gündədir. Pis sözü o mənzərənin qarşısında kölgədə qalır. Yollarımız bərbaddır. Məhəllə sakinləri olaraq 200-300 nəfərin adından ərizə yazıb, qol çəkib, Sumqayıt Şəhəri İcra Hakimiyyətinə, bələdiyyəyə də müraciət etmişik. Daşı daş üstünə qoyan kimi bələdiyyədən 50 adam tökülüşüb gəlir, amma bu neçə ildir ki, bələdiyyə sədrini tapa bilmirik. İcradan deyirlər ki, bələdiyyəyə müraciət edin, bələdiyyədən isə deyirlər ki, icraya deyin. O bunun üstünə atır, bu da onun”.
 
Bunu Moderator.az-a Sumqayıt Şəhəri, Bağlar massivinin sakinləri deyib.
 
Şikayətçilərdən biri daha sonra əlavə edib:
 
“Biz o vaxtı qırğın-dava ilə 11 A marşrut xəttini açdırdıq. İndi sürücülər deyir ki, biz məhəlləyə gələ bilmərik, yollarınız pis gündədir. Deyirlər ki, sizə görə avtobuslarımız xarab olur. Ona görə avtobussuz da qalmışıq. Yoldan da 2 kilometr aralıdayıq. Taksi də gəlmir. Təcili Tibbi yardım çağıranda o da məhəlləyə girmir. Xəstələri stulun üstündə maşına qədər aparırlar. Xəstəmiz evdə keçinir. Uşaqlar məktəbə gedə bilmir, üst-başları palçıq içində olur. Bu yaşayışdır? Heç olmasa şeben, torpaq töksünlər. Yaşlı adamlar yüklərini piyada daşıyır”.
 
Mövzunu davam etdirəcəyik.
 
Chosen
4
moderator.az

1Sources