EN

Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri SergeyMəlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrikməktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizixahiş edirəm.

Siz quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişafistiqamətində heyrətamiz uğurlar qazanmış AzərbaycanRespublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiəedirsiniz. Sizin yüksək siyasi nüfuzunuz və həyata keçirdiyinizkursa ümumxalq dəstəyi ölkənin bir çox sahələrdə lider mövqelərininmöhkəmlənməsinə təminat verir.

Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının DağıstanRespublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlikmehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanandostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğunolaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək vədərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2025-ci ildə Sizəmöhkəm cansağlığı, firavanlıq və məsuliyyətli işinizdə uğurlararzulayıram".

Chosen
13
9
az.trend.az

10Sources