EN

ABŞ Suriyadakı əsgərlərinin sayını açıqladı

Pentaqon Suriyada ABŞ əsgərlərinin sayını açıqlayıb.

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi, general-mayor Pat Rider Suriyada 2000-dən çox ABŞ hərbçisinin olduğunu bildirib.

Pentaqonun rəsmisi qeyd edib ki, Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün ilk növbədə 900 əsgər göndərilib:

“İŞİD-ə qarşı effektli hərbi əməliyyatlar aparmaq üçün əlavə 1100 hərbçi də göndərilib. Əsas məqsəd bu mübarizədə missiyanın tələblərinin tam yerinə yetirilməsi idi”.

Rider əlavə edib ki, qoşunlar hərbçilər ABŞ ordusunun xüsusi təyinatlı dəstələridir. 

Qeyd edək ki, ABŞ Suriyada Əsəd rejiminin devrilməsindən sonra İŞİD təhlükəsinin qarşısını almaq məqsədilə terror təşkilatına hücumları artırıb. 

Chosen
30
cebheinfo.az

1Sources