EN

Prezident bu səfirləri geri çağırdı, onları təyin etdi

Azərbaycanın Qətər və Çexiyadakı səfirləri geri çağırıblar.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıblar.

Digər sərəncamla Adış Məmmədov Azərbaycanın Qətərdə səfiri təyin edilib.

***

Prezidentin daha bir sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Başqa bir sərəncamla Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

İlham Əliyevin sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Chosen
3
31
sherg.az

10Sources