EN

Məktəblərdə vətənpərvərlik hissinin yüksəldilməsi layihəsi uğurla icra olunub

“Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi” İctimai Birliyinin həyata keçirdiyi“Məktəblərdə vətənpərvərlik hissinin yüksəldilməsi” layihəsi uğurla icra olunub.Layihə çərçivəsində 4 gün ərzində məktəblilər arasında vətənpərvərlik haqqında videolar təqdim olunaraq, auditoriyalarda mövzu ətrafında müzakirələr aparılıb. Məktəblilər arasında esse müsabiqəsi keçirilib.Ayrı -ayrılıqda esselər təhlil olunduqdan sonra 3 yer üzrə qaliblər müəyyənləşdirilmişdir.

Sonda layihə ilə bağlı Mingəçevir Gənclər Evində tədbir təşkil edilib.

Tədbirdə əvvəlcə , Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib. Ardınca Dövlət himni oxunub.

Tədbirdə Vətənpərvərlik mövzusu haqqında məlumat verilib. Layihə rəhbəri Aytən Əhmədova bildirib ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik hissini aşılamaqdır.

Chosen
26
aznews.az

1Sources