EN

Kurık limanında 1 000 avtomobil Azərbaycana göndərilməyi gözləyir

Hazırda davam edən qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır və bu, yükdaşımalarda gecikmələrə səbəb olur.

Publika.az bildirir ki, bu barədə “Report”a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev məlumat verib. O, Kurık limanında Azərbaycana göndərilməsini gözləyən avtomobillərlə bağlı vəziyyəti şərh edərkən bildirib ki, ASCO donanmasında mövcud tələbatı qarşılamaq üçün kifayət qədər bərə gəmisi mövcuddur.

“Əsas çətinlik mövsümi hava şəraitindən qaynaqlanır. Hazırkı qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında problemlər yaradır və nəticədə gecikmələrə səbəb olur. Vəziyyət diqqətlə izlənilir və hava şəraiti imkan verdikcə operativ şəkildə yükləmə-boşaltma əməliyyatları həyata keçiriləcək”, – deyə M.Mehdiyev əlavə edib.

Chosen
26
1
publika.az

2Sources