EN

Roma Papası Baydeni Vatikana dəvət etdi

ABŞ prezidenti Co Bayden və Roma Papası Fransisk cümə axşamı telefon danışığında sülhü təşviq etmək səylərini müzakirə ediblər.

7Times.az  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, Bayden və Papa Fransisk bayramlar zamanı dünyada sülhü təşviq etmək səylərindən danışıblar.

“Prezident dünyada iztirabların aradan qaldırılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində gördüyü işlərə görə Papaya minnətdarlığını bildirib”, – Jan-Pyer əlavə edib. O qeyd edib ki, Bayden pontifikin gələn ay Vatikana səfər etmək dəvətini də qəbul edib.
Ağ Ev Baydenin 9-12 yanvar tarixlərində Romaya səfər edəcəyini, İtaliyanın baş naziri Giorgia Meloni, eləcə də Papa ilə görüşəcəyini açıqlayıb.

Chosen
4
2
7times.az

4Sources