EN

“Sevilya”nın baş məşqçisi Juninyodan danışdı

Yeni hücumçu ilə bağlı məsələyə transfer pəncərəsi açılandan sonra aydınlıq gələcək.

Axar.az xəbər verir ki, bu sözləri İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Qarsiya Pimyenta “Qarabağ”ın futbolçusu Juninyonun La Liqa təmsilçisinə mümkün keçidi barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis braziliyalı hücumçu ilə bağlı fikirlərini bölüşüb:

“Bildiyim qədərilə, bu forvard çoxlu qol vurur və onun “Qarabağ”la davam edən müqaviləsi var. Qarşıda bizi vacib oyun gözləyir. Tətildən qayıtdıqdan sonra heyəti dəyərləndirmək üçün bir ay vaxtımız olacaq. Hücum xəttini gücləndirməliyik. Digər mövqelər haqqında isə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, “Qarabağ” “Sevilya”nın Juninyo ilə bağlı ilk təklifini qəbul etməyib.

Chosen
7
9
axar.az

10Sources