2024-cü il ərzində 12875 yeraltı təkan qeydə alınıb.
Publika.az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, profesor Qurban Yetirmişli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında deyib.
O bildirib ki, onlardan 5519-u yerli, 4246-ı regional, 3110-u uzaq zəlzələlərdir.