EN

Fico Ukraynanı hədələyir

Ukrayna Prezidenti Volodimir Zelenski təsdiqləyib ki, Kiyev Rusiyanın qazını Avropaya tranzit etmək üçün "Qazprom" ilə müqaviləni yeniləməyi düşünmür.  O həmçinin bildirib ki, Ukrayna Rusiya qazını Azərbaycan qazı adı altında tranzit etməyə razılaşmayacaq.

"Biz onların qanımız bahasına milyardlar qazanmasına icazə verməyəcəyik. Amma əgər təklif edilən qaz Rusiya qazı deyil, başqa bir ölkəyə məxsus mavi yanacaqdırsa, bunu nəzərdən keçirə bilərik," –  Zelenski bildirib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, tranzit yalnız o halda mümkün olacaq ki, Rusiya qaz üçün ödəniş almasın.

Buna cavab olaraq, Slovakiya Baş naziri Robert Fico Ukraynanı  hədələyib.
 
"Əgər Zelenski bizim qazımızı keçirməsə, ciddi münaqişə yarana bilər," –  o bildirib.

Fico həmçinin, Zelenskinin Slovakiyanın qazı müharibə bitənə qədər ödəniş etmədən Rusiyadan almaq təklifini dəstəkləməyib.
 
"Bizə qazı pulsuz verəcək axmaq yoxdur",  - Fico əlavə edib. 

Daha əvvəl mediada Avropaya qaz tranzitini Ukraynanın qaz nəqli sistemindən (QNS) istifadə edərək saxlamaq üçün Avropa şirkətlərinin Azərbaycan qazını satın alması variantının müzakirə edildiyi barədə məlumatlar yayılmışdı. Bu yolla Ukrayna infrastrukturundan istifadə etməyə və bundan gəlir əldə etməyə davam edə bilərdi.

N.Təbrizli

www.anews.az
Chosen
9
anews.az

1Sources