EN

Texasda miqrantlara qarşı kampaniya başladıldı

Texasda yerli hakimiyyət orqanları xəbərdarlıq mesajları olan reklam lövhələrindən istifadə edərək qeyri-qanuni immiqrasiyaya qarşı kampaniya təşkil ediblər.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, kampaniya vətənlərini tərk etmək qərarına gələnlərin başına nə gələ biləcəyi barədə real mənzərəni təqdim etmək üçün nəzərdə tutulub.

"Məqsədimiz təkcə miqrantları gəlməkdən çəkindirmək deyil, həm də onlara nəticələri göstərməkdir" - Texas qubernatoru Qreq Ebbot deyib.

Yerli sakinlər də miqrantların çoxluğundan narahat olduqlarını bildirirlər.
Chosen
6
1
sherg.az

2Sources