EN

“Qarabağ”dan SON DƏQİQƏ AÇIQLAMASI: “Sevilya”dan ikinci, daha yaxşı təklif gözləyirik”

"Biz ona görə gələn ilk təklifi geri çevirmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın direktoru Əmrah Çəlikəl deyib.

Bəlli olduğu kimi, "Sevilya” Ağdam klubunun hücumçusu Olavio Juninyo ilə maraqlanır.

La Liqa təmsilçisi Keleçi İxeanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Buna səbəb nigeriyalı forvardın ümidləri doğrultmamasıdır.

Onun alternativi kimi məhz Juninyo seçilib. “Kope Sevilya”nın yazdığına görə, klubun idman direktoru Viktor Orta Juninyonu hücum xəttini gücləndirəcək futbolçu kimi görür.

Onun mümkün transferi baş məşqçi Xavyer Qarsiya Pimiento ilə də razılaşdırılıb.

O da qeyd edilir ki, “Qarabağ” 2026-cı ilin yayında müqaviləsi başa çatacaq hücumçusunu buraxmaq fikrində deyil. Bildirilir ki, Transfermarkt saytının dəyərləndirməsinə görə, Juninyonun qiyməti 2 milyon avrodur.

Bu isə maliyyə problemləri olan “Sevilya” üçün uyğun rəqəmdir. Amma əgər İxeanaço klubdan gedərsə, “Sevilya” cənubi amerikalı legionerin transferinin baş tutması üçün məbləği artıra da bilər.

“AS” nəşri isə yazıb ki, “Qarabağ”la razılığa gəlmək çətin olacaq. Həmçinin bu transfer üçün 5 milyon avro təzminat tələb ediləcəyi də iddia edilib.

Ə.Çəlikəl rəqəmdən söz açmasa da, İspaniya nəhəngindən növbəti təklifi gözlədiklərini bildirib:

«Juninyonun bizimlə müqaviləsi var. Daha 2 il klubumuza məxsusdur.

Amma hər şey dünən Qurban Qurbanovun Şamaxıda dediyi kimidir. Juninyo «Sevilya»ya getmək istəyindədir.

«Sevilya»nın göndərdiyi ilk təklif klubumuzu qane etmədi. Düşünürük ki, o, daha yüksək qiymətə layiqdir.

Yəqin ki, ispanlar şaoşıdakı iki-gündə bizə ikinci, yəni, daha yaxşı şərtlərlə yenilənmiş müqavilə göndərəcək. Hər halda onların hücumçumuza marağı böyükdür».

Chosen
24
sportinfo.az

1Sources