EN

Ehtiram Quliyevin yeni gəlir mənbəyi 2 aydan sonra... VİDEO

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin keyfi fısqırıq çalmağa başlayıb.

Son vaxtlar işləri qaydasında getməyən, baş məşqçi Kurban Berdiyevlə münasibətlərində problem yaranan biznesmenin Kürdəxanıdan gələn xəbərlə üzü gülüb.

Belə ki, uzun fasilədən sonra klubun Bakıətrafı qəsəbədə yerləşən bazasının inşası bərpa olunub.

Oktybrda icrası həyata keçirilən layihənin 2 ay müddətində yarımçıq qalması Ehtiram Quliyevlə əlaqədardır.

İş adamı sənədləşmə prosesində səhlənkarlığa yol verdiyindən, tikintinin gedişində problemlərlə üzləşib. Görünür, harada səhv buraxdığını gec də olsa, başa düşüb.

Amma bura 2025-ci ilin əvvəlinədək başa çatdırılmayacaq. Prosesin daha uzun müddət almaq ehtimalı da istisna edilmir.

İş adamı sözügedən qəsəbədə 5 hektara yaxın ərazi alıb. Burada 2 təbii, 1 süni örtüklü meydançanın salınması nəzərdə tutulub.

Faktiki olaraq Tovuzdan köç etmiş «Turan» bundan sonra Kürdəxanıda məskunlaşacaq. Qərb təmsilçisinin həm əsas, həm də aşağı yaş qrupları üzrə komandaları burada mənzillənəcək.

Həmçinin digər klublar da sözügedən futbol qurğusundan yararlanmaq imkanı əldə edəcək.

Hər halda tovuzlu tikinti maqnatının Bakı ətrafında baza salmasının əsas səbəblərindər biri budur. Kim məşq etmək istəyəcəksə, bura günlük ödəmə edəcək.

Başqa sözlə, Ehtiram Quliyev bir güllə ilə iki dovşan vurmaq niyyəti ilə layihənin gerçəkləşməsinə vəsait ayırıb. Yəni ki, fikri yalnız «Turan»ın qayğısına qalmaq deyil, habelə pul qazanmaq, şəxsi büdcəsini artırmaqdır.

Quliyevin bu projesi bəribaşdan birmənalı qarşılanmayıb. Tovuzlu futbolsevərlər onun doğma rayondan xeyli uzaqda belə iş tutmasını sərt tənqid atəşinə tutub.

Sosial şəbəkələr bu tip rəy və statuslarla doludur. Yerli publika iş adamını qınayır,

«Turan»ı Tovuzdan uzaqlaşdırmaqla səhv istiqamət götürdüyünü deyir. Hətta təklif edirlər ki, o, klubun adını dəyişsin, «Turan Kürdəxanı» qoysun.

SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources