EN

Hakan Fidan Suriyaya səfər edəcək

Türkiyə mətbuatı xəbər verir ki, ölkənin xarici işlər naziri Hakan Fidan yaxın vaxtlarda Suriyaya səfər edəcək.

Bildirilir ki, Ankara yeni Dəməşqlə ticarət əlaqələri qurmağı planlaşdırır.

Qeyd edək ki, Dəməşqə ABŞ-dan da diplomatlar gedib. Vaşinqton nümayəndələri Suriyanın yeni hakimiyyət orqanları ilə görüşərək ölkənin gələcəyini və Amerikanın mümkün yardımını müzakirə etmək niyyətindədirlər.
Xatırladaq ki, dekabrın əvvəlində Dəməşqin silahlı müxalifət birləşmələri tərəfindən işğalı zamanı Suriyada hakimiyyət dəyişib. Bəşər Əsəd Rusiyadan siyasi sığınacaq alaraq ölkəni tərk edib.

//Samir Qurbanov, Editor.az

Chosen
34
editor.az

1Sources