EN

Ukrayna Rusiyanı HİMARS-la vurdu: ölənlər var

Ukrayna ordusu Kursk vilayətinin Rılsk şəhərinə zərbə endirib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində biri uşaq olmaqla, 6 nəfər həlak olub.

Xinşteyn hücumun HİMARS-la həyata keçirildiyini, hədəfin isə mülki şəxslər olduğunu bildirib.

Ukraynanın Teleqram kanallarının məlumatına görə isə HİMARS-la Kursk vilayətində rus zabitlərin kazarma və yataqxanası vurulub.

Chosen
7
3
bakivaxti.az

4Sources