EN

Maskın Tramp administrasiyasında əsl vəzifəsi bu olacaq

ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi qalmaqalın mərkəzinə düşüb. Belə ki, o,federal hökumətin maliyyələşdirilməsi haqqında mühüm qanun layihəsinin qəbul edilməsi prosesinə müdaxilə edib. Bundan sonra tənqidçilər biznesmeni ABŞ-nin "kölgə prezidenti" adlandırıblar.

Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti xəbər yayıb.

Bildirilir ki, Mask dekabrın 18-də Nümayəndələr Palatasındakı respublikaçılara təzyiq göstərmək üçün "X" sosial şəbəkəsindəki nüfuzlu hesabından istifadə edib. Onun məqsədi hökumətin növbəti üç ay ərzində işini təmin etməli olan xərclər haqqında qanun layihəsini pozmaq olub.

Maskın qanun layihəsi haqqında bir sıra iddialar əks etdirən mesajları Vaşinqtonda ildırım sürəti ilə yayılıb. Qanunvericilər bildiriblər ki, milyarderin paylaşımlarını görən seçicilərin zənglərindən telefonları susmayıb. Maskın ilk tvitindən təxminən 12 saat sonra seçilmiş Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens də qanun layihəsinə qarşı çıxış ediblər. Nəticədə Nümayəndələr Palatasındakı respublikaçılar sənəddən imtina ediblər.

Demokratlar vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, Kapitoli təpəsindəki bu xaos Tramp administrasiyası dövründə baş verəcəklərin yalnız ilk simptomudur.

Chosen
20
44
olke.az

10Sources