EN

Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib - YENİLƏNİB

Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

03:31

Dekabrın 21-də yerli vaxtla saat 03:01-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin maqnitudası 4,6 bal olub.

Kələbəcər şəhərindən 25 km cənubda baş verən yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Chosen
52
34
far.az

10Sources