EN

Almaniyada Milad yarmarkasında hücum törədildi

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ilkin məlumatlara görə 2 nəfər ölüb, təxminən 60 nəfər də yaralanıb.

Bu barədə Almaniyanın Saksoniya-Anhalt əyalətinin Baş naziri Reiner Haslehof məlumat verib. O, hadisə nəticəsində iki nəfərin öldüyünü və ölənlərdən birinin uşaq olduğunu qeyd edib.

Haslehof təcavüzkarın saxlanıldığını ifadə edib. O, həmçinin Səudiyyə Ərəbistanı əsilli təcavüzkarın 2006-cı ildən etibarən Saksoniya-Anhalt əyalətində həkim kimi fəaliyyət göstərdiyini qeyd edib.
“Welt” qəzeti də polisə istinadən yaydığı xəbərdə təcavüzkarın 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı olduğunu bildirib.
Hadisədən sonra Milad yarmarkası bağlanıb və şəhərin mərkəzini tərk etmələri üçün insanlara xəbərdarlıq edilib.
Qeyd edək ki, hücum Maqdeburq meriyasının yaxınlığındakı Milad yarmarkasında baş verib.

 

 

 



Chosen
23
44
trt.net.tr

10Sources