EN

Seda Sayanın yeni gözəllik sirri BƏLLİ OLDU

Fransız sapları ilə üzünü gərdirən və gənc qalmaq üçün sünnət dərisindən hazırlanan preparatlardan istifadə edən Seda Sayan daha bir gözəllik sirrini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun açıqladığı yeni gözəllik sirri birmənalı qarşılanmayıb. Sayan yeni doğulan körpələrin göbək bağından hazırlanan "Qızıl Ekzosom" üsulunu sınaqdan keçirməyə başladığını açıqlayıb. Qeyd edək ki, kök hüceyrələrdən əldə edilən amin turşusu olan "ekzosom" daha çox yeni doğulmuş körpələrin göbək kordonunda olur.

Chosen
20
sia.az

1Sources