EN

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ oldu

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub.

Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində yerli vaxtla saat 03:03-də 3 bal gücündə zəlzələ qeydə alınıb.

Eləcə də, yerli vaxtla saat 3:07-də 3,8 bal gücündə növbəti olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

Chosen
31
41
unikal.az

10Sources