EN

Premyer Liqa klubu müqaviləni uzatmadı – Dördüncü ayrılıq

Son 1 ayda "Şamaxı"nı tərk edən futbolçuların sayı 4-ə çatıb.

Premyer Liqa klubu Ramin Əhmədovla yollarını ayırıb.

Bölgə klubu “Zirə”dən gəlmiş 23 yaşlı yarımmüdafiəçinin müqaviləsini uzatmayıb

Ramin Əhmədov 2023-cü ilin fevral ayından "Şamaxı"da idi. O, bu mövsüm komandanın heyətində Premyer Liqada 2, ölkə kubokunda isə 1 matçda iştirak edib.

Ötən sezon I Liqada çempion olmuş Əhmədov son 6 ayda əsasən əvəzedici heyətdə forma geyinirdi.

"Şirlər" ona kimi İlkin Muradov, Georgi Kantariya və Adil Nağıyevlə də vidalaşıb.

SPORTİNFO.AZ

Chosen
16
1
sportinfo.az

2Sources