EN

Hacıqabulda 1 kənd qazsız qaldı

Hacıqabul rayonunun Atbulaq kəndini təbii qazla təmin edən, diametri 110 mm-lik PE yeraltı daşıyıcı qaz kəməri üzərində quraşdırılmış Dş 100 mm-lik siyirtmə nəməlum avtomobil tərəfindən yararsız vəziyyətə salınıb. 

"Unikal"ın məlumatına görə, qəza vəziyyətinin aradan qaldırılması məqsədilə Hacıqabul rayonunun Atbulaq kəndinin (ümumi 747 abonent) qaz təchizatı daxildən dayandırılıb.

Müvafiq qüvvələr tərəfindən qəzanın aradan qaldırılması üçün işlər aparılır. 

Xəlil Əliyev

Chosen
22
4
unikal.az

4Sources