EN

İçkili vəziyyətdə olan qadın körpüdən yıxıldı

Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Goran qəsəbəsində körpünün yaxınlığında baş verib.

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 1997-ci il təvəllüdlü qadının körpüdən yıxıldığı ehtimal edilir.

Qeyd edək ki, qadın içkili vəziyyətdə olduğunu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
24
11
axar.az

10Sources