EN

“Sevilya”nın baş məşqçisi Juninyonun transferindən danışdı

"Sevilya”nın baş məşqçisi Xavyer Qarsia Pimienta “Qarabağ”ın hücumçusu Juninyoya dair danışıb.

Yenisabah.az “Marca”ya istinadla xəbər verir ki, o, mətbuat konfransında bununla bağlı sualı cavablandırıb:

“Qış transfer pəncərəsi açıldıqdan sonra hər şey baş verə bilər. Məndən “Qarabağ”ın futbolçusu barədə soruşursunuz. Bildiyimə görə, o, çox qol vurur və klubu ilə hələ uzunmüddətli müqaviləsi var. Bu il çempionatda çox vacib oyunumuz qalıb. Tətildən qayıtdıqdan sonra heyətimizi qiymətləndirmək üçün 1 ay vaxtımız olacaq”.

Hazırda “Qarabağ”la “Sevilya” arasında danışıqların ikinci mərhələsi keçirilir. İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib.


Telegram kanalımız
Chosen
4
7
yenisabah.az

8Sources