Naxçıvan şəhərində, Culfa, Şərur və Babək rayonlarında avtomobil yolları əsaslı təmir olunacaq.
Redaktor.az xəbər verir ki, əsaslı təmir işləri sözügedən şəhər və rayonların bəzi qəsəbə və kəndlərinin daxili avtomobil yollarında aparılacaq.
Məlumata görə, artıq bununla bağlı “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 25.787.787,00 AZN-ə (25 milyon 787 min 787 manat) başa gələcəyini proqnozlaşdırıb.
“Naxçıvan Yol Təchizat” MMC bu ilin iyulunda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədli Abduləli Saleh oğludur.