Nərmanov rayon İcra Hakimiyyətinin dəstəyi, Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçıliğı ilə qanvermə aksiyası gerçəkləşib.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilir.