EN

“Bəşar Əsəd bizim tövsiyələrimizi dinləməkdən imtina etdi” – Abbas Əraqçı

“Bəşar Əsəd bizim tövsiyələrimizi dinləməkdən imtina etdi”.

“AzPolitika” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Qahirədə “Əl-Qəd” kanalına müsahibəsində deyib.

“Tehran Bəşar Əsədə çoxlu tövsiyələr verib, ancaq o, dinləməkdən imtina edib. Biz Əsədə İdlibdə müxalifətin addımı ilə bağlı xəbərdarlıq etdik və Suriya hökuməti müstəqil qərarlar verdi. Suriyanı tərk etməsi üçün Əsədlə heç bir əlaqə qurulmayıb. İran bu ölkədə Suriya hökumətinin istəyi ilə terrorçularla mübarizə məqsədi ilə olub”, – deyə, Əraqçı vurğulayıb.

Onun sözlərinə görə, “Tehran heç vaxt Suriya hökumətinin xalq və müxalifətlə ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə qarışmayıb”.

Chosen
6
8
tribunainfo.az

9Sources