EN

“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - ÖZƏL

“Heç vaxt yeni ili evdə qeyd etməmişəm. Çünki hər il şənliklərdə, bayram şou proqramlarında oluram. Bu il də yəqin ki, belə olacaq.. Evdə yeməkləri anam hazırlayır. Bayram günündə də, adi günlərdə də. Deyirəm ki, mama, saat 7-yə kimi yeməkləri hazır et ki, yeyim evdən çıxım. Bir də gecə saat 2-də, 3-də gəlirəm. Yeni ili yollarda oluram”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra yeni il günü yarım saatı 10-12 min manata şou proqramlara gedən həmkarlarından danışıb:
 
“O pulu verən var ki, gedirlər də. Verməsələr getməzlər ki. Əslində yaxşı edirlər, hamısını restoran yeməyəcək ki, qoy bir az da müğənnilər yesin. Baha getmək üçün soyunmaq lazımdır. Düz edirlər, səhnə onu tələb edir. Müğənnilərin açıq-saçıq geyinməklərinin tərəfdarıyam. Bütün dünyada belədir, tək bizdə deyil. Mən onlar kimi istəsəm də bu yaşdan sonra ola bilmərəm. Onlar kimi olmaq üçün yenidən doğulmaq lazımdır. Necə deyərlər, istiqaməti düzgün götürmək lazımdır. Yaxşı edirlər baha gedirlər, mən bunu dəstəkləyirəm. Onları da toya kasıb yox, varlı adamlar aparır” deyə Mənzurə Musayeva bildirib.
Müğənni əməliyyatlarından da danışıb:
“Nəfəs ala bilmirdim. Ona görə də 3 dəfə burnumu əməliyyat etdirdim. Birinci və ikinci uğursuz olduğuna görə üçüncü dəfə etməyə məcbur qaldım. Üzgərmə də etdirmişəm. Amma heç bəyənmirəm. Bəlkə yenə də əməliyyata gedəsi oldum” deyə o bildirib.
 
Müğənni arzusu ilə bağlı etiraf da edib:
 
“Bütün arzularıma çatmışam. Əsas xalqın sevgisidir. Bu da var. Hər zaman öz üzərimdə işləyirəm. Düzgün və səmimi olduğuma görə məni sevirlər. Təkcə övladım olsaydı, onun da dadını bilsəydim yaxşı olardı. Başqa heç bir arzum yoxdur. Bu da daha gecdir, alınan bir şey deyil” deyə müğənni bildirib.
Chosen
20
moderator.az

1Sources