EN

“Neqodnı”lara BƏD XƏBƏR - Bu tarixdən etibarən…

2024-cü ilin yanvarından yoxlanışlara ciddi şəkildə nəzarət olunur deyə xeyli adam hərbi xidmətə göndərilib. Ancaq 2023-cü ilə qədər ciddi nəzarət yox idi. Məsələn, möhlət hüququ alanlar çox idi. Belə təkliflər var ki, həmin şəxslər, möhlət hüququ alanlar yenidən yoxlansın. Yəni, daha şəffaf şəkildə yoxlanış aparılsın. Belə bir yoxlanış həqiqətən aparıla bilərmi? Nəticələri necə olar?

 

"Bakuinfo" xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu məsələ belədir ki, bundan əvvəl hərbi çağırışla bağlı maraqlansaq görərik ki, onlar hər şeyin qanunauyğun olduğunu, heç bir problemin olmadığını deyəcəklər. Hətta narazılıq edəcəkdilər ki, bizdə yoxlanışa ehtiyac yoxdur.

 

Tural Abbaslının sözlərinə görə, indi yeni heyət gəlir. Yeni heyət araşdırma, dəyərləndirmə aparır. Görürük ki, çağırışçıların sayı da artıb.

 

“Bu məsələdə demək ki, çağırışçıların sayı artıbsa, saxta xəstəlik sayı azalıbsa demək ki, bundan əvvəlki heyət nisbət rüşvət və korrupsiyaya bulaşıb.

 

Amma bunun cəzasını xalqa yükləmək olmaz. Əgər burada kimsə varsa, indiyə qədər dövlət adına möhlət verilibsə, o vətəndaş üçün maraqlı deyil ki, o möhləti verən rüşvət qarşılığında verib yoxsa həqiqətən verib. Yəni burada təbii ki, araşdırma aparılmalıdır. Məsul şəxslər bunun cəzasını çəkməlidir. İnsanları bu məsələ ilə yükləmək olmaz. Növbəti heyət də gəlib başqa araşdırma aparacaq. Burada, dövlətdə davamlılıq önəmlidir. Bunun nəticələrini də mənə belə gəlir ki, vətəndaşların çiyninə yükləmək olmaz. Gündə bir qanun çıxacaq və vətəndaşlar ona uyğun yoxlamalara məruz qalacaq. Bu da doğru deyil. Əgər korrupsiya faktlarına görə şübhələr varsa, yoxlama aparılmalı, və hüquqi qiymət verilməlidir”.

Chosen
26
5
bakuinfo.net

6Sources