EN

Qazaxıstanın milli iqtisadiyyat naziri dəyişdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Nurlan Serikuly Baibazarov Qazaxıstan Respublikası Baş nazirinin müavini - milli iqtisadiyyat naziri vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Akorda"nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçısının digər sərəncamı ilə Serik Makaşeviç Jumanqarin Qazaxıstan Respublikası Baş nazirinin müavini – milli iqtisadiyyat naziri təyin edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
20
ikisahil.az

1Sources