Yəməndən dekabrın 21-i səhər saatlarında Təl-Əvivə endirilən raket zərbəsi nəticəsində 16 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" -ə bu barədə "Reuters"ə istinadən xəbər verir.
"İsrail hərbçiləri Yəməndən atılan və Təl-Əvivə düşən mərminin qarşısını almaq cəhdinin uğursuz olduğunu bildiriblər. Milli tibb xidməti 16 nəfərin yüngül yaralandığını açıqlayıb", - məlumatda bildirilib.
Husilər sözügedən hücum zamanı "Fələstin 2" adlı hipersəs ballistik raketdən istifadə olunduğunu bəyan ediblər.
"Raket hədəfi dəqiq vurub, müdafiə sistemləri heç nə edə bilməyib", - husilərin nümayəndəsi Yəhya Sari deyib.