EN

Azərbaycanda 38 milyonluq BOKT-un İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibi müəyyənləşəcək

Bakı. Trend:

“Para” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin("Para" BOKT ASC) İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibimüəyyən ediləcək.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin“Vergilər” qəzetindən məlumat əldə edib.
Məlumata görə, gələn ilin fevralın 4-də BOKT-un səhmdarlarınınümumi yığıncağı keçiriləcək.

Bildirilib ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı ş.Nəsimi r. S. Vurğun 60 ünvanında olacaq. Yığıncağın gündəliyinə“Para” BOKT ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının yenitərkibinin müəyyən edilməsi, eləcə də 2024-cü ilin maliyyəhesabatının təsdiq edilməsi daxil edilib.

Qeyd edək ki, "Para" BOKT ASC 2007-ci ildə “Parabank” SəhmdarKommersiya Bankı kimi dövlət qeydiyyatına alınıb. 2016-cı ildən isə“Para” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinəçevrilib. Nizamnamə kapitalı 38 887 000 manat olan BOKT-un qanunitəmsilçisi Quliyev Elnur Eldar oğludur.

Chosen
11
az.trend.az

1Sources