EN

“Bayern” – “Leypsiq” oyununda müstəsna rekord

Almaniya Bundesliqasının 15-ci turu çərçivəsində keçirilmiş “Bayern” – “Leypsiq” oyununda müstəsna rekord qeydə alınıb.

Arena.az məlumat verir ki, Bundesliqa tarixində ilk dəfə olaraq bir oyunda komandalar oyunun ilk iki dəqiqəsi ərzində qarşılıqlı surətdə qolla fərqləniblər.

Oyunda hesabı 1-ci dəqiqədə “Bayern”in almaniyalı hücumameylli yarımmüdafiəçisi Camal Musiala açıb. Dərhal sonra, 2-ci dəqiqədə “Leypsiq”in sloven mərkəz hücumçusu Benyamin Şeşko tarazlığı bərpa edib.

Buna rəğmən, “Bayern” daha dörd qola vuraraq, “Leypsiq”i 5:1 hesabı ilə darmadağın edib.

15 oyundan 36 xalla “Bayern” Bundesliqanın yarış cədvəlinə başçılıq edir. “Leypsiq” isə 27 xalla 4-cü yerdədir.

Chosen
10
arena.az

1Sources