EN

Agentliyin media savadlılığı ilə bağlı onlayn kursu istifadəyə verilib

"Media Savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "medialiteracy.media.gov.az” platformasında onlayn kurs hazırlanıb.

Bu barədə Aznews.az-a MEDİA-dan məlumat verilib.

Qeyd olunb ki, rəqəmsal dövrdə məlumatın sürətli yayılması, informasiya mühitinin mürəkkəbləşməsi istər sosial şəbəkələrdə, istərsə də ənənəvi mediada yaradılan və ötürülən məlumatların təhlilini zəruri edir, media savadlılığı bacarıqlarının mənimsənilməsini daha da aktuallaşdırır.

Bu baxımdan, onlayn kursda iştirakçılar informasiya alətlərindən doğru istifadə üçün bir sıra təməl anlayışlar və sorğulayıcı yanaşma formalaşdıran əsas sual və konsepsiyalarla tanış edilir.

Hədəf auditoriya nəzərə alınmaqla sadə müraciət forması ilə təchiz edilmiş onlayn kurs “Media savadlılığı ilə bağlı anlayışlar”, “5 əsas konsepsiya və 5 əsas sual”, “Rəqəmsal dövrdə media savadlılığı” kimi bölmələri və daha detallı altbölmələri ehtiva edir.

Chosen
2
33
aznews.az

10Sources