EN

Almaniyada bayram yarmarkasında terror aktı: 4 NƏFƏR ÖLÜB, 200-dən ÇOX YARALI VAR - YENİLƏNİB, VİDEO/ FOTO

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, təxminən 200 nəfər yaralanıb.

Bu barədə “Bild” nəşri polisə istinadən məlumat yayıb.

"Maqdeburqda Milad yarmarkasındakı hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. Hadisə nəticəsində təxminən 200 nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 20-i axşam Almaniyanın Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi qara BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi.

“Bild”in məlumatına görə, hadisədə şübhəli bilinən şəxs 50 yaşlı Taleb A.-dır. Güman edilir ki, avtomobili o idarə edib. Taleb A. Səudiyyə Ərəbistanında anadan olub, lakin İslamı sərt tənqid edib və özünü "Almaniya üçün Alternativ" (AfD) partiyasının tərəfdarı hesab edib.

***

Almaniyanın Maqdeburq şəhərində saxlanılan şübhəli şəxs ölkə hökuməti tərəfindən anti-islamçı kimi tanınırdı.

Korrespondent.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" alman qəzeti yazıb.

Qəzetin məlumatına görə, şəxsin adı Taleb əl-Əbdülmöhsəndir. O, 2006-cı ildən Almaniyada yaşayır və daimi yaşayış icazəsi var. T.Əbdülmöhsən psixoterapevt təhsili zamanı dəvətli həkim kimi ölkəyə gəlib və daha sonra islamdan imtina etdiyinə görə ölümlə hədələndiyindən sığınacaq üçün müraciət edib.

"Onun sosial media profillərindən göründüyü kimi, o, son dərəcə anti-islam mövqelidir və "Almaniya üçün Alternativ"in siyasətini dəstəkləyir", - nəşr vurğulayıb.

Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb.

Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.

Chosen
30
44
korrespondent.az

10Sources