EN

"Kokteylimizə narkotik qatib təcavüz etdi" - Daha iki qadın Diddiyə qarşı iddia qaldırdı


Amerikalı reper P. Diddidən (əsl adı Şon Kombs)daha iki qadına qarşı təcavüz iddiası ilə məhkəməyə şikayət edilib.

Bakupost.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Şikayətçilərdən biri bildirib ki, reper ona hələ 1991-ci ilin dekabrında təcavüz edib. O deyib ki, Kombsun sponsoru olduğu xeyriyyə basketbol tədbiri zamanı reper ona qazlı su təklif edib, lakin həmin suya nəsə qarışdırılıbmış. İlk qurtumdan sonra başı hərlənən qadın tədbiri tərk etmək istəyib, lakin reper ona mane olub, daha sonra isə təcavüz edib. İddiaçı qadının sözlərinə görə, Kombs ondan baş verənlər barədə heç kimə danışmamağı tələb edib.

Digər qadın, Oklahoma sakini LaTroya Qreyson isə P.Diddiyə, onun Bad Boy Records adlı musiqi leyblına və bir neçə başqa şirkətə qarşı qaldırdığı iddiada bildirib ki, 2006-cı ildə reperin təşkil etdiyi məclisdə ona narkotik verilib və təcavüz edilib. Belə ki, bir qadının yaxın qohumu radio müsabiqəsində qalib gəlib və P. Diddinin məclisinə dəvət alıb. Qadın həmin məclisə onunla birgə gedib. LaTroya iki kokteyl içdikdən sonra özünü pis hiss edib və gecənin qalan hissəsini xatırlamayıb. Lakin səhəri gün o, xəstəxanada, cırılmış paltar, alt geyimsiz və pulsuz halda ayılıb. Kimin ona təcavüz etdiyini dəqiq bilməsə də, evə qayıtdıqdan sonra naməlum bir qadın ona zəng edib və reperlə məhkəməyə çıxmağın mənasız olduğunu deyib.

Kombsun vəkilləri isə ittihamları rədd edirlər.

Qeyd edək ki, 2024-cü il sentyabrın 17-də P. Diddy insan alveri, seksual istismar, cinayət sövdələşməsi və fahişəliyə vasitəçilikdə ittiham edilərək həbs edilib. Polisin onun evində apardığı axtarış zamanı müxtəlif seks oyuncaqları, minlərlə uşaq yağı şüşələri və qeydiyyatsız odlu silahlar tapılıb.

Əgər P.Diddy sui-qəsddə təqsirli bilinsə, ömürlük həbs cəzası ala bilər. Digər ittihamlar da uzunmüddətli həbs cəzalarını nəzərdə tutur. Məhkəmə prosesi 2025-ci il mayın 5-də Nyu-Yorkda keçiriləcək.

Lalə Novruz
Chosen
15
1
bakupost.az

10Sources