EN

Daha bir küçədə avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 

Bildirilib ki, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.


Məlumata görə, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib. Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır.

AYNA hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağıraraq, bildirib ki, mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.

Bizim.Media

Chosen
19
49
bizim.media

10Sources