EN

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobişəhərində Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto iləgörüşüb.

Trend xəbər verir ki, LeylaƏliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsalamlarını Keniya Prezidentinə çatdırıb. Görüşdə iki ölkə arasındaəlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti MehribanƏliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlifsahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfliəlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan LeylaƏliyeva Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı”layihəsi çərçivəsində həyata keçiriləcək layihələrin əhəmiyyətiniqeyd edib. Təhsil, səhiyyə, ətraf mühitin qorunması, iqlimdəyişikliyi ilə mübarizə və mədəniyyət sahələrində layihələrin,habelə təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini,incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrəəməkdaşlıq ediləcəyini bildirib.

Prezident Ruto ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini qeyd edib.Azərbaycan və Keniya arasında mövcud dostluq və əməkdaşlıqmünasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edib.

İqlim fəaliyyəti, enerji, ticarət və sərmayələr, turizm, təhsilvə digər sahələr daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığıinkişaf etdirmək və tərəfdaşlığı genişləndirmək üçün böyükpotensialın olduğunu bildirib. Dövlət səviyyəsində, o cümlədənHeydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən təhsil,mədəniyyət, səhiyyə və bu kimi humanitar sahələrdəki layihələrinəlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinKeniya Respublikasının Prezidenti Uilyam Samoei Rutoya ölkəmizəsəfərə dəvət məktubu təqdim edilib. Prezident Ruto dəvətə görətəşəkkür edib, məmnuniyyətlə qəbul etdiyini bildirib.

Heydər
Heydər
Heydər
Məqalədə:
Chosen
35
49
az.trend.az

10Sources