Azərbaycan Basketbol Liqasının 8-ci turunda “Sabah” “Abşeron”u məğlub edib.
Fanat.Az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.
8-ci turda bu gün daha iki oyun baş tutacaq. “Sərhədçi” İdman Mərkəzində saat 16:00-da “Naxçıvan”la “Sərhədçi” üz-üzə gələcək. “Lənkəran” isə evdə “Quba”nı qəbul edəcək. Bu görüş Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.
8-ci turun dünən A qrupunda keçirilən “Neftçi” – NTD görüşü “ağ-qaralar”ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” – “Ordu”, “Sumqayıt” – “Şəki” matçları ilə yekun vurulacaq.