EN

Sabunçu sakininin cinayət dosyesi məhkəməyə göndərildi

Sabunçu sakini, 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Musavat.com xəbər verir ki, cinayət dosyesi hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə araşdırılacaq.

Həsənbala Rəhimov Bakının Sabunçu rayonunda arvadını qətlə yetirməkdə ittiham olunur. İş üzrə ibtidai istintaq başa çatıb.

İstintaq materiallarına görə, bu il avqustun 17-də 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı qətlin 1968-ci il təvəllüdlü Həsənbala Rəhimov tərəfindən törədilməsi müəyyən edilib. Onun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
12
musavat.com

1Sources