EN

Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? — Anar danışdı (FOTO)

Arif adlı gənc sosial şəbəkələrdə Nizami küçəsindən maraqlı kadr çəkib paylaşıb.

Belə ki, fotoda Azərbaycanın Xalq şairi Rəsul Rzanın ev muzeyi lövhəsi yer alıb. Lakin lövhə olsa da, oranın hostel kimi fəaliyyət göstərdiyi qeyd edilib. Bu isə ictimaiyyətdə narazılığa səbəb olub. Hətta buna görə Xalq şairinin oğlu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevi tənqid ediblər.

Globalinfo.az-a danışan Anar Rzayev isə xəbəri təkzib edib.

O, ev muzeyinin yaxın zamanda açılacağını bildirib:

"Bunların hamısı boş sözlərdir. Hostel 2-ci mərtəbədə yerləşir, Rəsul Rzanın muzeyi 3-cü mərtəbədədir. Hazırda orada təmir işləri aparılır. Yaxın vaxtda açılışı olacaq. İndi camaat olmayan məsələni böyüdür, ağzına gələni yazır sosial şəbəkələrdə. Dediyim kimi, təmir bitən kimi muzeyin açılışı olacaq”.


  •  
Chosen
15
14
demokrat.az

10Sources